“Kəpəz” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində Gəncədə qəbul edəcəyi “İnter”lə qarşılaşmaya hazırlaşır.
Sportal.az xəbər verir ki, “Qəbələ” ilə çempionat matçından sonra bir gün istirahət edən komanda üzvləri Bakıda hazırlığa başlayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşqə çıxıblar.
“Kəpəz” sabah Gəncəyə qayıdacaq. Komanda kubok görüşü öncəsi sonuncu məşqinə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
saytlarin hazirlanmasi