"Beşiktaş" hollandiyalı hücumçu transfer etdi

18:14 - 19 Dekabr 2016

“Beşiktaş” heyətini bir futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi İspaniyanın “Deportivo” klubunun şərəfini qoruyan Ryan Babeli transfer edib. Hollandiyalı hücumçuyla  2 il yarımlıq müqavilə imzalanıb.

 

30 dekabr “Depotivo” ilə müqaviləsi bitən 30 yaşlı futbolçu mövsümün 2-ci hissəsində “Beşiktaş”da çıxış edəcək. Təcrübəli forvard mövsümün sonuna qədər 750 min avro, növbəti 2 mövsüm isə illik 1.7 milyon avro qazanacaq.

Xəbər xətti