"Kəpəz"in qapıçısı zədələndi

11:53 - 20 Dekabr 2016

Qış fasiləsi öncəsi “Kəpəz” daha bir futbolçusunun xidmətindən məhrum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın qapıçısı Davud Kərimi zədələnərək sıradan çıxıb. Məşqlərin birində zədələnən qolkiperə dizin iç yan bağının burxulması diaqnozu qoyulub.


Hazırda Kəriminin müalicəsi davam etdirilir. Şəhriyar Əliyev kimi Davudun da yanvar ayından məşqlərdə iştirak edəcəyi bildirilib. 

 

Xəbər xətti