Sabah Azərbaycanda cari futbol mövsümünün ilk yarısı sona çatır.
Sportal.az xəbər verir ki, 2016-cı ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə yekun vurulacaq. Kubok uğrunda mübarizəni davam etdirən “Kəpəz” ilin son matçında doğma meydanda “İnter”ı qəbul edəcək.
Qarşıdakı matçla bağlı hazırlığa Bakıda başlayan “sarı-göylər” bu gün Nizami yurduna gəlib və görüş öncəsi son məşqini qarşılaşmaya ev sahibliyi edəcək Gəncə şəhər stadionunda keçirib. Təxminən 45 dəqiqə məşq edən komanda üzvləri yüngül formada hazırlaşıblar.
“İnter”ə qarşı görüşdə Azad Kərimov da “Kəpəz”ə kömək edə bilməyəcək. Gənc müdafiəçi Gəncəyə gətirilsə də, ayağında ağrılar olduğundan kubok matçını tribunadan izləməli olacaq.
saytlarin hazirlanmasi