“İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq. Oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən sabah bizi ölüm-dirim mübarizəsi gözləyir. Mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə cavab oyunu öncəsi deyib.
O bildirib ki, taktiki cəhətdən daha ağıllı oynamalıdırlar:
"İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. Komandada zədəlilər çoxdur, Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar. Qəbələdəki çempionat görüşündə uduzmağımız uşaqların əhval-ruhiyyəsini korlaya bilər, amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.
saytlarin hazirlanmasi