Türkiyədə baş verən son hadisələrdən sonra İranın İdman Nazirliyi mühüm qərar qəbul edib.
Sportal.az xəbər verir ki, nazirlik bütün federasiyalara qonşu ölkəyə getməyi qadağan edib. Nazirlik ikinci xəbərdarlığa qədər idmançıların və futbol klublarının Türkiyəyə getməsini istəmir. Məlumatı İranın Türkiyədəki səfirliyindən də təsdiqləyiblər.
Bundan əlavə, İranın Xarici İşlər Nazirliyi də vətəndaşlarına vacib olmadığı hala, Türkiyəyə səfər etməməyi məsləhət görüb.
Qadağa aradan qalxmasa, Antalyada təlim-məşq toplanışı keçəcək klublarımızın sınaqçı rəqibləri İran təmsilçiləri olmayacaq.
saytlarin hazirlanmasi