Qış fasiləsinə sonuncu pillədə yollanan AZAL daha bir futbolçusu ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, söhbət Adan Koronadodan gedir. 26 yaşlı yarımmmüdafiəçi ailə işləri ilə əlaqədar ABŞ-a qayıtmalı olduğunu bildirib. Buna görə də qarşılıqlı şəkildə müqavilənin xitam verilməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, Koronado AZAL-a cari ilin yanvar ayında transfer olmuşdu.
Əlavə edək ki, AZAL bundan əvvəl müdafiəçisi Brayn Fokla da yolları ayırıb.
saytlarin hazirlanmasi