"Qəbələ"nin sabiq futbolçusu rəsmən Türkiyə klubunda

14:40 - 22 Dekabr 2016

"Qəbələ"nin sabiq futbolçusu Deyan Kelxar özünə yeni komanda tapıb. 

 

Sportal.az xəbər verir ki, 32 yaşlı sloveniyalı futbolçu Türkiyə PTT I liqasında mübarizə aparan "Sivasspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. Yarımmüdafiəçi Sivas təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. 

 

Qeyd edək ki, Kelxar 2012/13 mövsümündə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"ın heyətində 34 oyun keçirib və 1 qol vurmağı bacarıb. 

 

Xəbər xətti