Klublar Komitəsində yeni sədr

11:54 - 23 Dekabr 2016

AFFA Klublar Komitəsinin yeni sədri məlum olub.

 

Sportal.az xəbər verir ki, bu gün komitənin iclası keçirilib və yeni sədrin adına da burda aydınlıq gəlub. Azərbaycan Premyer Liqasının 8 klubunun nümayəndələrinin iştirakı ilə keçirilən səsvermənin nəticəsində “Sumqayıt”ın prezidenti Kamran Quliyev Klublar Komitəsinin yeni sədri seçilib.

 

Quliyev sədr postunda AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovu əvəz edib.

Xəbər xətti