"Çelsi"nin futbolçusu rəsmən Çin klubunda

13:03 - 23 Dekabr 2016

"Çelsi"nin yarımmüdafiəçisi Oskarın Çinin "Şanxay SİPG" klubuyla razılığa gəldiyi haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, Çin klubu bu gün transfer rəsmi şəkildə açıqlayıb. Oskarın transferindən "Çelsi" 60 milyon avro qazanıb.

Qeyd edək ki, braziliyalı futbolçu "zadəganlar"ın satdığı ən bahalı oyunçu olub.

 

25 yaşlı yarımmüdafiəçi "Şanxay SİPG"də həftəlik 360 min funt-sterlinq qazanacaq.

Xəbər xətti