Avroliqanın finalçısı I Diviziona göndərilir

16:33 - 23 Dekabr 2016

Ukraynanın "Dnepr" klubu maliyyə problemlərini həll etməkdə çətinlik çəkir. 

 

Sportal.az xəbər verir ki, Dnepetrovsk təmsilçisi FİFA-dan məktub alıb. Məktubda FİFA-nın kluba xəbərdarlıq etdiyi bildirilib. “Dnepr” komandanın sabiq baş məşqçisi Xuande Ramosa olan borcunu ödəməlidi. FİFA 2017-ci ilin 18 yanvarına qədər borcun ödənilməsini tələb edir. Klub vəsaiti ödəməsə, aşağı diviziona göndəriləcək. 

 

Qeyd edək ki, 2014/2015-ci il mövsümündə Avropa Liqasının finalçısı olmuş klubun bu borca görə cari mövsümdə 6 xalı silinib. 

Xəbər xətti