"Sevilya"nın futbolçusu Samir Nəsri İspaniyada xoşbəxt olduğunu bildirib.
Sportal.az xəbər verir ki, mövsümün əvvəlində "Mançester Siti"dən Əndəlus klubuna transfer olan fransız futbolçu həyatından məmnun görünür. Klubun rəsmi dərgisinə açıqlama verən 29 yaşlı yarımmüdafiəçi dəyişikliyə ehtiyacının olduğu üçün İspaniyanın yolunu tutduğunu deyib:
"Mövsümün əvvəlində "Mançester Siti" ilə yaxşı hazırlıq keçmişdim. Amma buna baxmayaraq dəyişikliyə ehtiyacım var idi. Qvardiola da mənim komandada qalmağımı istəyirdi. Son mövsümdə tez-tez zədələnirdim. Buna görə də yeni başlanğıc lazım idi. Bu səbəbdən də bir neçə klubla danışıq apardım. "Sevilya"dan təklif aldıqda bura gəlməli olduğumu düşündüm".
Təcrübəli futbolçu "Sevilya"ya gəlməmişdən öncə La Liqa klubu haqda maraqlandığını qeyd edib:
"Gəlmədən öncə Xesus Navasla danışdım. David Silva və Nolito da "Sevilya" haqda gözəl fikirlər səsləndirdi. Şəhər, qızlar, yeməklər, hər şey çox gözəldi. Hazırda hər şey mükəmməldi"
saytlarin hazirlanmasi