Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" yanvarın 10-da Türkiyəyə yollanacaq.
Sportal.az xəbər verir ki, qardaş ölkədə təlim-məşq toplanışı keçməyi planlaşdıran "kimyaçılar", qüvvəsini bir neçə yoxlama matçında sınayacaq.
Artıq Samir Abasovun yetirmələrinin daha bir rəqibi bizə bəllidi. Azərbaycan təmsilçisinin ikinci sınaqçı rəqibi Albaniyanın "Skenderbue" klubudu. Oyun yanvarın 13-də baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt"ın digər sınaqçı rəqibi isə Özbəkistanın "Nasaf" komandasıdı. Bu görüş yanvarın 16-da baş tutacaq. Bundan başqa Samir Abasov yanvarın 13-də də yetirmələrini daha bir yoxlama matçında sınamaq istəyir.
Xatırladaq ki, “Skenderbeu” 2013-cü ildə “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi