"Şapekoense"nin təyyarəsinin qəzaya uğrama səbəbi məlum oldu

17:48 - 27 Dekabr 2016

Boliviyanın dövlət komissiyası Braziliyanın “Şapekoense” klubunun futbolçularını aparan təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmanı yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, aparılan araşdırmalardan sonra təyyarənin hansı səbəbdən qəzaya uğraması bəlli olub. Mülki Aviasiya Agentliyindən verilən açıqlamaya görə, təyyarədə yanacaq bitdiyi üçün qəza baş verib. 

 

Qeyd edək ki, Braziliyanın "Şapekoense" klubunu Kolumbiyaya aparan təyyarə Medeylin şəhərində qəaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 77 sərnişindən 71-i dünyasını dəyişmişdi. 

Xəbər xətti