"Spartak" "Milan"ın hücumçusunu transfer etdi

00:42 - 28 Dekabr 2016

Milan”ın hücumçusu Luis Adriano karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı oyunçu Moskva “Spartak”ı ilə anlaşıb. Bu keçid “Spartak” klubuna 4 milyon avroya başa gəlib. Braziliya millisinin üzvünün yeni komandasında illik maaşı 4,5 milyon avro təşkil edəcək. Bununla o, “Spartak”ın ən çox məvacib alan oyunçusu olub.

 

Məsələ ilə bağlı "Milan"ın vitse-prezidenti Adriano Qalliani də məlumat verib. O bildirib ki, keçid hələlik rəsmiləşməyib. Lakin futbolçunun transferinin yaxın saatlarda rəsmən açıqlanacağı mümkündür. 

 

Qeyd edək ki, Luis Adriano “Milan”a ötən il Donetsk “Şaxtyor”undan keçib.

Xəbər xətti