"Qəbələ"dən ayrıldıqdan sonra işsiz qalan Aleksey Antonovun klubsuz günləri başa çatmaq üzrədi.
Sportal.az xəbər verir ki, bir müddət "Dnepr" klubunda məşqlər edən və formada qalmağa çalışan ukraynalı futbolçu yaxın günlərdə yeni komandaya keçəcək. Bu barədə məlumatı futbolçunun agenti Vadim Şabliy verib. O bildirib ki, Antonov Ukrayna klubuna yox, xarici klublardan birinə keçəcək:
"Aleksey Antonova təkliflər var. Güman edirəm ki, o yaxın vaxtlarda müqavilə imzalayacaq. Bu, Ukrayna klubu olmayacaq".
Qeyd edək ki, Antonov "Qəbələ"nin heyətində çıxdığı 32 oyunda 7 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi