"Prosineçki Xorvatiya futbol tarixinin ən güclü futbolçusudur"

10:57 - 29 Dekabr 2016

Qış olimpiya oyunlarının 4 qat gümüş mükafatçısı, dünya çempionu xorvatiyalı dağ xizəkçisi İvitsa Kosteliç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, məşhur idmançı futbolla da maraqlandığını qeyd edib. 37 yaşlı idmançı milli komandamızın baş məşqçisi Robert Prosineçkini Xorvatiya futbol tarixinin ən yaxşı futbolçusu hesab edir. O, Prosineçkinin oyunlarına baxanda heyran olduğunu vurğulayıb.

 

Kosteliç hazırda dünyanın ən yaxşı futbolçusu kimi Lionel Messini görüb. 

Xəbər xətti