"Çinə getməyimdə pul amilinin də təsiri var idi"

18:18 - 31 Dekabr 2016

Çinin "Şanxay SİPG" klubuyla müqavilə imzalayan özbəkistanlı futbolçu Odil Ahmedov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi seçimində pul amilinin təsiri olduğunu söyləyib:

 

"Avropadan təkliflər var idi, amma Çinə getmək istədim. Pul amilinin də təsiri var idi. Baş məşqçi Andre Villaş-Boaşla da danışandan sonra razılaşdım. Karyeramda yeni səhifə açdığım üçün xoşbəxtəm".

 

Qeyd edək ki, Çin klubu Ahmedovun transfer üçün "Krasnodar"a 7 milyon avro ödəyib.

Xəbər xətti