İbrahimoviç karyerasını başa vuracaq? - agentindən açıqlama

10:38 - 2 May 2017

“Mançester Yunayted”in ulduz futbolçusu Zlatan İbrahimoviç əməliyyat edilib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsi qarşılaşmasında zədələnən hücumçu dizindən əməliyyat olunub.

 

35 yaşlı forvardın son durumu ilə bağlı onun agenti Mino Rayola məlumat verib. Məşhur agent Zlatanın uğurlu əməliyyat keçirdiyini və minimum 9 ay yaşıl meydanlardan kənar qalacağını söyləyib. Agent İbranın karyerasını bitirməyəcəyini və yaşıl meydanlara dönəcəyini sözlərinə əlavə edib.

 

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna 17 qol vurub.

Xəbər xətti