"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatdı

17:32 - 2 May 2017

Mançester Yunayted"in daha bir futbolçusu sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqasının 35-ci turunda "Suonsi" ilə matçda zədələnən Lyuk Şounun durumunun ciddi olduğu müəyyənləşib. Onun üçün bu mövsümün artıq başa çatdığı bildirilib.

 

Qeyd edək ki, hazırda "qırmızı şeytanlar"ın heyətində  Zlatan İbrahimoviç,  Erik Beyi, Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədəlidirlər. 

Xəbər xətti