Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, “Selta” turnirin favoritlərindən olan “Mançester Yunayted”i qəbul edib. Viqoda keçirilən ilk oyun "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsiylə nəticələnib. Mankunianlar gənc ulduzu Markus Reşfordun cərimə zərbəsindən vurduğu gözəl qolla Pireney yarımadasından sərfəli nəticə ilə qayıdıblar.
Selta (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Reşford, 67.
saytlarin hazirlanmasi