Klopp "Çelsi"nin ulduz futbolçusuna göz dikib

13:48 - 5 May 2017

Antonio Kontenin gəlişindən sonra “Çelsi”də əsas yerini itirən Sesk Fabreqas yeni mövsüm Premyer Liqanın başqa klubunda çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, bu mövsüm cəmi 10 oyunda ilk “11-lik”də forma geyinən Fabreqas yeni mövsüm “zadəganlar”da çıxış etmək istəmir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

 

30 yaşlı yarımmüdafiəçi ilə “Liverpul”, “Milan”, “İnter” və Çin klubları maraqlanır. “Liverpul”un baş məşqçisi Yurgen Klopp ispan yarımmüdafiəçinin transferini rəhbərlikdən tələb edib.

 

Sesk Fabreqas 2014-cü ildə “Barselona”dan “Çelsi”yə 33 milyon avroya transfer edilmişdi.

 

Fabreqas bu mövsüm 25 oyuna 4 qol vurub və 9 assist edib.

Xəbər xətti