“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Arsenal”la 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Arsen Venger ilk dəfə idi ki, Joze Mourinyonun çalışdırdığı komandaya qalib gəlirdi. Mourinyo da məhz bu məqamı toxunaraq maraqlı fikirlər səsləndirib:
“Mənim vaxtımda ilk dəfədi ki, “Arsenal” azarkeşləri ağlamırlar. Əvvəllər yalnız belə olmuşdu: Mən “Hayberi”yə gedirdim, onlar ağlayırdılar, “Emireyts”ə gedirdim, onlar yenə də ağlayırdılar. Əvvəllər onlar küçədə başıaşağı gedirdilər, indi isə mahnı oxuyurlar
Oyunumuzdan razı qaldım, amma nəticədən yox. Zəif təsir bağışlamadıq, sadəcə, qol vura bilmədik. Məğlubiyyətin də səbəbi məhz budur”.
saytlarin hazirlanmasi