Avropa Liqasında finalçılar müəyyənləşdi

01:08 - 12 May 2017

Bu gün Avropa Liqasında finalçılar bəlli olub.

 

Sportal.az xəbər verir ki, finala vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib.

 

"Mançester Yuanyted" - "Sleta" matçında qalib müəyyənləşməyib - 1:1. Bu nəticə meydan sahiblərini finala yüksəldib.

 

"Lion" "Ayaks"ı 3:1 hesabı ilə məğlub etsə də finala yüksələ bilməyib. "Ayaks" ilk qarşılaşmada 4:1 hesabı ilə qalib gəldiyi üçün finalda "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.

 

11 may

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

 

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) - 1:1
Qollar:
Fellaini, 17 - Ronkalya, 85

 

“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1
Qollar:
Lakazett, 45, 45+1, Qezzal, 81  - Dolberq, 27

Xəbər xətti