“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçi əməliyyat edən Freddi Fu açıqlama verib.
Sportal.az xəbər verir ki, həkim ulduz futbolçunun yaşıl meydanlara qayıtdıqdan sonra uzun illər oynaya biləcəyini bildirib:
“Əməliyyat uğurlu baş tutdu. Zlatan yaşıl meydanlara qayıtdıqdan sonra hələ uzun müddət oynaya bilər”.
Freddi Fu İbrahimoviçin əməliyyat etdiyi ən güclü idmançı olduğunu söyləyib:
“İndiyənə qədər 20 min dəfə əmliyyata daxil omuşam, amma İbrahimoviçin sümükləri kimi həyatımda görməmişəm. Zlatan toxunduğum ən güclü idmançıdır”.
Funun bu açıqlamasından sonra İbranın məşhur agenti həkimlərin Zlatanı araşdırmalarını istəmişdi.
saytlarin hazirlanmasi