İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Tottenhem"in hücumçusu Son Hın Min və baş məşqçisi Mauriso Poçettino ötən ayın ən yaxşıları seçiliblər.
Cənubi koreyalı futbolçu cari mövsüm ikinci dəfə bu mükafata sahib çıxıb. 24 yaşlı oyunçu sentyabrda da ən yaxşı oyunçu adına layiq görülmüşdü.
Qeyd edək ki, Son apreldə 6 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi