İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə “Vest Bromviç”i 1:0 hesabı ilə məğlub edərək xalını 87-ə yüksəldən "Çelsi" çempionatın bitməsinə iki tur qalmış çempionluğu təmin edib. London klubu tarixində altıncı dəfə ölkə çempionu olub.
Sportal.az xəbər verir ki, komandnın baş məşqçisi Antonio Konte çempionluq haqda danışıb:
“Futbolçularım göstərdikləri oyunla çempionluğa layiq olduqlarını sübut etdilər. Mənim üçün fərqli bir dilə uyğunlaşmaq və pis mövsüm keçirən oyunçularla uğur qazanmaq asan olmadı. Çempionluq üçün şanslı tərəf deyildik, amma möhtəşəm uğura nail olduq. İngiltərə kubokunu da qazana bilərik. Əla mövsüm keçiririk. Mən elə məşqçiyəm ki, meydanda futbolçularla birgə oynadığımı hiss edirəm. Pis və ya yaxşı anlarda həmişə oyunçuların yanında oluram. Premyer Liqa çempionluğunu birlikdə əldə etdik”.
Qeyd edək ki, Konte mövsümün əvvəlindən “Çelsi”yə başçılıq edir.
saytlarin hazirlanmasi