"Mançester Yunayted"in futbolçusu Ueyn Runi kazinoda bir gecəyə 500 min funt (təqribən 590 min) avro pul uduzub.
Sportal.az xəbər verir ki, o, martın 16-da Avropa Liqasında "Rostov"a qarşı keçirilən ev oyununda zədə səbəbindən iştirak etməyib. Oyunu tribunadan izləyən ingiltərəli futbolçu matç başa çatdıqdan sonra "Manchester 325" adlı qumarxanaya üz tutub. Qumarxanada bləkcek və rus ruleti oynayan futbolçunun 2 saat ərzində 590 min avro uduzduğu bildirilir.
İddia edilir ki, Runi həyat yoldaşı Kolinin uşaqları ilə birgə Avropaya səfərindən istifadə edərək kazinoya gedib.
Qeyd edək ki, o, “Mançester Yunayted”də həftəyə 300 min funt qazanır.
saytlarin hazirlanmasi