İngiltərə Premyer Liqasını tərk edən üçüncü, sonuncu komandanın da müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Hall Siti” növbəti mövsüm Çempionşipdə çıxış edəcək. Sözügedən komanda XXXVII tur çərçivəsində səfərdə “Kristal Pelas”a məğlub olub 0:4. Bu nəticədən sonra Marko Silvanın komandasının aşağı liqaya yuvarlanması rəsmiləşib.
Qeyd edək ki, “Hall Siti”dən öncə “Snaderlend” və “Midlzbro” komandaları aşağı liqaya yuvarlanmışdı.
saytlarin hazirlanmasi