Premyer Liqada ilin ən yaxşılarına namizədlər açıqlandı

00:38 - 16 May 2017

İngiltərə Peşəkar Futbol Liqası 2016/2017 mövsümün ən yaxşı futbolçusu və məşqçisi adına namizədləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ən yaxşı oyunçu adına namizədlər sırasında Sesar Aspilikueta, Nqolo Kante, Eden Azar (hamısı "Çelsi"), Yan Vertonqen, Dele Alli, Kristian Eriksen (hamısı "Tottenhem"), Romelu Lukaku ("Everton") və Aleksis Sançes ("Arsenal") yer alıb.

 

Ən yaxşı baş məşqçi adına namizədlər isə Antonio Konte ("Çelsi"), Maurisio Poçettino ("Tottenhem"), Toni Pulis ("Vest Bromviç"), Eddi Hau ("Bornmut"), Şon Dayş ("Bernli") və Pol Klementdir ("Suonsi").

 

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək ən yaxşı futbolçu və məşqçini müəyyənləşdirəcək.

Xəbər xətti