Harri Kyuellin yeni komandası məlum oldu

16:17 - 23 May 2017

Məşhur Avstraliyalı futbolçu və məşqçilikdə yeni addımlarını atan Harri Kyuelin çalışdıracağı yeni komanda məlum olub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis İngiltərənin II Liqasında çıxış edən "Krauley Taun" klubunun "sükanı arxası"na keçib. Bu barədə məlumatı klubun prezidenti Selim Qayqusuz verib.

 

Qeyd edık ki, "Lids", "Liverpul" və "Qalatasaray" kimi komandalarda top qovan Kyuell bu mövsüm "Uotford" klubunun U-23 komandasını çalışdırıb.

Xəbər xətti