İngiltərə Premyer Liqasında gözlənilməz ayrılıq baş tutub.
Sportal.az xəbər verir ki, "Kristal Pelas"ın baş məşqçisi Sem Ellardays istefa verib. London klubuna gəldikdən sonra komandanı Premyer Liqada saxlamağı bacaran mütəxəssisin gedişi gözlənilməz olub.
62 yaşlı mütəxəssisin 2 illik müqaviləsi olmasına baxmayaraq, ayrılıq qərarı verib.
Ellardays karyerası ərzində "Bolton", "Nyukasl", "Bləkbörn", "Vest-Hem" və "Sanderlend" klublarını da çalışdırıb. Təcrübəli çalışdırıcı İngiltərə yığmasında da qısa müddət baş məşqçi olub.