"Atletiko"dan Qrizmann açıqlması

15:00 - 25 May 2017

“Atletiko”nun prezidenti Enrike Sereso komandanın hücumçusu Antuan Qrizmann barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti fransalı hücumçunun “Mançester Yunayted”ə transfer olacağı barədə iddialara münasibət bildirib:

 

“Qrizmann üçün təklif yoxdu. Onun azad olması üçün lazım olan məbləği - 110 milyon avronu hansısa klubun ödəyəcəyinə inanmıram. Kiminsə bu məbləği ödəməsini də istəmirəm. Qrizmann “Atletiko”nun futbolçusudu və klubla 2021-ci ilə kimi müqaviləsi var. Mənə ayrılmaq istəməsi barədə heç nə deməyib”.

 

Xatırladaq ki, bir neçə gün öncə Qrizamann açıqlamasında “Mançester Yunayted”ə transfer olmaq ehtimalının 10 üzərindən 6-ya bərabər olduğunu demişdi.

Xəbər xətti