“Liverpul”un qapıçısı Aleksandr Manninger karyerasını bitirib.
Sportal.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper özü klubun saytına açıqlamasında məlumat verib. Manninger “qırmızılar”la ötən ilin yayında anlaşmışdı. O, son mövsümdə rəsmi oyunlarda şans qazanmayıb.
Qolkiper 1999-2008-ci illər aralığında Avstriya millisinin şərəfini qoruyub. Aleks karyerası ərzində “Zaltsburq”, “Robur Syena”, "Arsenal", “Yuventus”, “Auqsburq” kimi klubların uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi