Premyer Liqanın ən yaxşısı bəlli oldu

15:44 - 27 May 2017

İngiltərə Peşəkar Futbolçular Birliyi Premyer Liqada 2016-17 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən  “Tottenhem”in hücumçusu Harri Keyn (16378 səs) birinci olub.

 

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante (13515 səs) 2-ci, Eder Azar isə 3-cü (8412) olub.

 

Qeyd edək ki, Harri Keyn bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri olub.

Xəbər xətti