İngiltərə FA kubokunda final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, həlledici görüşdə “Çelsi” və “Arsenal” üz-üzə gəlib. Matç Arsen Vengerin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "topçular" cari mövsüm ilk kubokunu qazanıb.
Qələbə sayəsində "Arsenal" 13-cü dəfə FA kubokunu qazanıb. London klubu bu göstəricidə "Mançester Yunayted"i də geridə qoyub və ən çox FA kubokunu qazanan komanda olub.
"Arsenal" - "Çelsi" - 2:1
Qollar: Aleksis Sançes, 4, Aaron Remzi, 79 - Dieqo Kosta, 76
Qırmızı vərəqə: Viktor Moses ("Çelsi"), 68
saytlarin hazirlanmasi