İspaniya millisinin üzvü Dieqo Kostanın gələn mövsüm hansı komandada oynayacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, adı Çin klubları ilə birgə hallanan 28 yaşlı forvard “Çelsi”dən ayrılmayacağını söyləyib:
“Çinə getmək? Bütün xəbərlər cəfəniyyatdır. “Çelsi” ilə 2 illik müqaviləm var və burada olduqca xoşbəxtəm. “Çelsi”dən ayrılsam, “Atletiko”ya qayıdacam”.
Qeyd edək ki, Kosta 2014-cü ildə “Atletiko”dan “Çelsi”yə transfer olunub. O, bu mövsüm “zadəganlar”ın heyətində Premyer Liqada iştirak etdiyi 35 oyunda 20 qol vurub.
saytlarin hazirlanmasi