İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu - üçüncü komanda "play-off"un finalında "Ridinq"i məğlub edən Haddersfild" oldu.
Sportal.az xəbər verir ki, Çempionşipin "play-off" finalı müasir futbolun ən bahalı oyunlardan biridir. Premyer Liqaya yüksələn "Haddersfild" televiziya yayımından yüksək məbləğdə gəlir əldə edib. "Haddersfild"in həlledici oyuna görə qazancı 170 milyon funt-sterlin oldu.
Maraqlı müqayisə aparıldıqda aydın olur ki, dünya çempionatının son qalibi olan Almaniya final matçından 22, məğlub olan Argentina isə 15 milyon funt-sterlinq gəlir əldə etmişdi.
Avropa Liqası və Çempionlar Liqasının finalçıları da yayım hüqundan az gəlir əldə edirlər.
saytlarin hazirlanmasi