"Qəbələ"nin keçmiş baş məşqçisi, "Arsenal"ın əfsanəsi Toni Adams komandanın baş məşqçisi Arsen Venger haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, "Qranada" klubunda çalışan Adams Vengerin "topçular"da hökmranlıq etdiyini söyləyib:
“Venger deyir ki, “Arsenal”a görə dünyanın istənilən klubunun təklifini rədd edər. Amma o, “Real”dan cəmi 1 ildən sonra qovular və klubdan-kluba gedər. Venger “Arsenal”da hökmranlıq edir və rəhbərlik də ona heç nə demir".
Adams sabiq məşqçisini pulgirlikdə də suçlayıb:
"O, illik 8 milyon funt-sterlinq qazanır. Əvəzedici komandanı çalışdıran mütəxxəsis isə 30 min funt qazanır. O, 7 milyonu özünə götürür. "Çelsi"də əvəzediciləri çalışdıran məşqçis isə 90 min funt qazanır. Vengerin İngiltərədə dostu yoxdu. O, pulunu Fransada bəzi tanışları ilə xərcləyir. Vengerə görə təəssüflənirəm”.
Xatırladaq ki, bir müddət əvvəl də Adams Vengeri tənqid etmişdi.
saytlarin hazirlanmasi