"Beşiktaş" Gökhan Törədən imtina edir

19:19 - 1 İyun 2017

“Vest Hem”in icarə müddətini uzatmaqdan imtina etdiyi Gökhan Törə müqavilə ilə məxsus olduğu "Beşiktaş"a dönüb.

 

Sportal.az xəbər verir ki, “qara qartallar”ın baş məşqçisi Şenol Günəş Törəni növbəti mövsüm üçün planlarında görmür. Klubun prezidenti Fikrət Orman açıqlamasında yeni cinah futbolçusu transfer edəcəklərini bildirib. Törənin isə yenidən icarəyə və ya birdəfəlik satılacağı gözlənilir.

 

25 yaşlı yarımmüdafiəçi ilə "Trabzonspor" klubu da maraqlıdır. Türkiyə millisinin üzvünün karyerasını ölkə xaricində davam etdirəcəyi gözlənilir.

Xəbər xətti