Turenin "Mançester Siti"dəki taleyinə aydınlıq gəldi

00:20 - 2 İyun 2017

Yaya Turenin “Mançester Siti”dəki gələcək taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq üzvü “şəhərlilər”lə yeni müqavilə bağlayıb. Bu barədə məlumatı klubun saytı yayıb. Yeni müqaviləyə əsasən, 34 yaşlı yarımmüdafiəçi daha bir il Mançester təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Ture 2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. Bir müddətdi fil dişi sahilili futbolçunun yayda komandadan ayrılacağı deyilsə də, o, qalmağı üstün tutub.

Xəbər xətti