Lakazett Premyer Liqa klubunun hədəfində

13:00 - 2 İyun 2017

"Lion"dan ayrılacaq Aleksandr Lakazettin yeni klubunun hansı olacağı maraqla gözlənilir.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçunun "Atletiko"ya keçidi gündəmdə idi. Lakin Madrid təmsilçinin transfer qadağası aradan qalxmadı və Lakazaettin "hindular"a keçidi baş tutmayacaq.

 

"L'Equipe" nəşri məlumat yayıb ki, 26 yaşlı futbolçu üçün İngiltərə Premyer Liqasında oynamaq variantı var. Hücumçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Yeni mövsüm Çempionlar Liqasında çıxış edəcək "qırmızı şeytanlar" iddialı komanda qurmaq istəyir. Bu səbəbdən komandanın çalışdırıcısı Joze Mourinyo Lakazetti transfer siyahısına yazıb.

 

Fransa millisinin üzvü ilə "Arsenal" və "Borussiya"nın da maraqlandığı iddia edilir.

 

Qeyd edək ki, Lakazett 45 oyuna 37 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbər xətti