Eden Azar 3 aylıq sıradan çıxdı

12:18 - 5 İyun 2017

 “Çelsi”nin futbolçusu Eden Azar ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, hücumçunun ayağı qırılıb. Azar Belçika millisinin məşqində zədələnib. Belə ki, epizodların birində komanda yoldaşı ilə top uğrunda mübarizə zamanı xəsarət alan futbolçunun topuq nahiyəsində sınıq olduğu aşkarlanıb. Həkimlər onun 3 ay yaşı meydanlardan kənarda qalacağını açıqlayıblar.

 

Qeyd edək ki, Azar 2016/17 mövsümündə “Çelsi”nin heyətində 42 matçda iştirak edib.

Xəbər xətti