“Lester Siti”in yarımmüdafiəçisi Riyad Mahrez gələcək karyerasından danışıb.
Sportal.az xəbər verir ki, əlcəzairli futbolçu adının “Arsenal”la hallanmasına münasibət bildirib:
“Adımın Arsen Venger kimi çalışdırıcının komandası ilə hallanması mənim üçün fəxrdir. Onun mənim barəmdə xoş sözlər deməsi qürurvericidi. Ancaq transfer şayiələri ilə danışıqlar arasında böyük fərq var. Yəni, bu keçidlə bağlı ortalıqda heç nə yoxdu”.
Mahrez "Lester Siti"dən ayrılmaq istəməyinin səbəbini də açıqlayıb:
"Ötən il klub prezidenti ilə söhbət etdik və 1 il qalmağım barədə razılaşdıq. Amma növbəti mövsüm başqa kluba transfer olmağıma icazə veriləcəkdi. Ayrılmaq üçün doğru zaman olduğunu düşünürəm. Bu komanda ilə Çempionşipdən Premyer Liqaya yüksəldim və çempionluq sevinci yaşadım. Ən yaxşı oyunçu seçildim, Çempionlar Liqasında oynadım. "Lester Siti"də gözəl günlər keçirdim".
Xatırladaq ki, Mahrez bu mövsüm 10 qol vurub və 7 assist edib.
saytlarin hazirlanmasi