Klaudio Ranyerinin yeni klubu məlum oldu

11:35 - 13 İyun 2017

“Lester Siti”dən ayrıldıqdan sonra klubsuz qalan Kladio Ranyeri Fransada çalışacaq.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Nant" klubuyla anlaşıb. Bu barədə "L'Equipe" nəşri məlumat verib. Ranyeri yeni klubuyla 2 illik müqavilə bağlayıb. 

 

Fransa Peşəkar Liqası bu müqaviləyə icazə verdikdən sonra 65 yaşlı mütəxəssisin "Nant"a keçidi rəsmiləşəcək. Fransada yaşı 65-dən çox olan məşqçilə xüsusi icazə ilə klub çalışdırırlar.

 

Xatırladaq ki, Ranyeri 2015/16 mövsümündə “Lester Siti”ni tarixində ilk dəfə İngiltərə çempionu etmişdi. Ranyeri Fransada daha öncə "Monako"nu çalışdırıb və aşağı liqada elitaya yüksəltmişdi.

Xəbər xətti