"Çelsi" Konte ilə razılığa gəldi - rekord müqavilə

12:46 - 20 İyun 2017

"Çelsi" baş məşqçisi Antonio Konte ilə müqaviləni uzadacaq. Artıq tərəflər razılığa gəliblər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Sky İtalia" məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə 2024-cü ilə qədər uzadılacaq. Konte yeni müqaviləyə görə illik 12 milyon avro maaş qazanacaq. Bu məvacib rekord olacaq. Belə ki, London klubunda heç bir baş məşqçinin illik qazancı 12 milyon avro olmayıb.

 

 Qeyd edək ki, Konte Premyer Liqada debüt mövsümündə "Çelsi"yə Premyer Liqa çempionluğunu qazandırıb.

Xəbər xətti