İstirahət zamanı zədələndi - 1,5 ay oynamayacaq

18:18 - 30 İyun 2017

İngiltərənin "Suonsi Siti" klubunun futbolçusu Fernando Lyorente istirahətdə olarkən əlini əzib.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.  32 yaşlı futbolçu istirahət zamanı veloyürüşə qatılıb. Bu zaman qəza keçirən futbolçu əlindən zədə alıb.

 

İspaniyalı futbolçunun təxminən 1,5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Xəbər xətti