Bu gün İngiltərə Super Kubokunun qalibi məlum olub.
Sportal.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən qarşılaşmada paytaxın iki təmsilçisi - son Premyer Liqanın son qalibi “Çelsi” ilə ölkə kubokunu qazanan “Arsenal” üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə "topçular" daha dəqiq oynayıb - 4:1. Bununla da "Arsenal" son 4 mövsümdə 3-cü də bu titulu qazanıb.
"Arsenal" 1 - 1 "Çelsi (pen. 4-1)
Qollar: Kolaşinaç, 80 - Mozes, 48
Qırmızı vərəqə: Pedro Rodriqes, 80 ("Çelsi").
saytlarin hazirlanmasi