"Arsenal"ın baş məşqçisi Arsen Venger açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı heyətdən bir çox oyunçuların göndəriləcəyini bildirib:
"Heyətimizdə çox futbolçu var. Bəzi oyunçuların ayrılmasına izn verməliyik. 33 futbolçu çoxdur".
Venger yaxşı təklif gələcəyi təqdirdə komandanın hücumçusu Lukas Peresi sata biləcəklərini deyib. Venger zədəsi olan Məsut Özilin Premyer Liqanın ilk tura yetişəcəyini sözlərinə əlavə edib.
saytlarin hazirlanmasi