Aleksis Sançes "Arsenal"dan ayrı düşdü

16:42 - 9 Avqust 2017

"Arsenal"ın ulduz futbolçusu Aleksis Sançes İngiltərə Premyer Liqasının ilk iki turunu buraxacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. Təcrübəli çalışdırıcı bildirib ki, çilili hücumçu mədəsindəki ağrılar səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ilk turunda avqustun 11-də "Lester Siti" ilə qarşılaşacaq.

Xəbər xətti